image-n1karobka_ads
image-123
image-img_7926backend

Xalq artisti Tünzalə Ağayeva ABŞ səhnələrində – musiqi diplomatiyasına töhfə!

Azərbaycanın sevilən estrada ulduzu, Xalq artisti Tünzalə Ağayeva işgüzar səfərlə Amerika Birləşmiş Ştatlarına yollanıb.

Doğru.az xəbər verir ki, sənətçinin 20 günlük proqramı olduqca zəngindir: rəsmi görüşlər, mədəniyyət mərkəzlərində çıxışlar, təhsil ocaqlarında ustad dərsləri, həmçinin yerli musiqiçilərlə yaradıcılıq mübadiləsi nəzərdə tutulub.

Səfərin ilk ünvanı paytaxt Vaşınqton olub. Tünzalə Ağayeva şəhər gəzintisi zamanı çəkilən kadrları izləyiciləri ilə bölüşüb. Parlament binası, Vaşınqton küçələri və günəşli havada parlayan siması izləyicilərin böyük marağına səbəb olub.

Sənətçi paylaşımına qısa, lakin duyğulu bir qeyd əlavə edib:

“Vaşınqtonda günəşli gün”

Tünzalə Ağayeva bu səfərlə Azərbaycan musiqisinin səsini dünyanın o tayına çatdırmağa davam edir.

DOĞRU.AZ

image-img_7925 image-img_7928

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki