Özbəkistanın məşhur “Artist” musiqi yarışmasında Azərbaycan mahnısı səhnəyə gətirilib.
Doğru.az xəbər verir ki, gənc ifaçı Navruza Mahamadjonova Xalq artisti Tünzalə Ağayevanın “Sənsiz” mahnısını özünəməxsus formada təqdim edib.
Zo’r TV-də yayımlanan verilişdə ifa həm tamaşaçılar, həm də münsiflər tərəfindən böyük maraqla qarşılanıb. Melodik zənginliyi və dərin məzmunu ilə seçilən mahnı izləyicilərdən yüksək qiymət alıb.
Bu ifa Azərbaycan musiqisinin region səhnələrində də geniş tanındığını və böyük rəğbət qazandığını bir daha göstərir. Qeyd edək ki, əsərin musiqisi Xalq artisti Tünzalə Ağayevaya, sözləri isə şairə Mirvarid Dilbaziyə məxsusdur.
DOĞRU.AZ




























