image-n1karobka_ads
image-123
image-17121219396247816757_1200x630backend

Xankəndidə avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.

Doğru.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 4-də Xankəndi şəhəri ərazisindən üç avtomat silahı, iki tüfəng, beş qumbara, 37 patron darağı, 3 148 ədəd müxtəlif çaplı patron, altı ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki