image-ads_n1karobka_mobile
image-251a3a16-bde4-387a-984b-5ba44515fb42_850backend

Xankəndidə silah və sursatlar aşkarlanıb

Fevralın 16-da Xankəndi şəhəri ərazisində yeddi ədəd silah aşkarlanıb.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ötən gün iki ədəd avtomat silahı, dörd tüfəng, bir tapança, bir qumbaraatan, doqquz ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki