image-n1karobka_ads
image-123
image-65c1c4442ffc765c1c4442ffc8170719750865c1c4442ffc565c1c4442ffc6backend

Xankəndidə xeyli silah-sursat aşkar edilib

Xankəndi şəhərində pulemyot, tapança, avtomat və qumbaralar tapılıb.

Doğru.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, fevralın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə, Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki