image-ads_n1karobka_mobile
image-17485930741490615091_1200x630backend

Xankəndidə yeni iş imkanları təqdim olunacaq

image-add-a-heading

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı Xankəndidə əmək yarmarkası təşkil edəcək.

Doğru.az xəbər verir ki, yarmarka iyunun 4-də saat 11:00-da filialın Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Abbasqulu Ağa Bakıxanov küçəsi, 47) baş tutacaq.

Tədbir “Qoç ət” Kəndli Fermer Təsərrüfatı” MMC-nin dəstəyi ilə keçiriləcək. Yarmarkada Xocalı rayonu üzrə müəssisəyə aid mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər ixtisaslar üzrə vakansiyalar təqdim olunacaq.

Aktiv məşğulluq tədbiri çərçivəsində namizədlərin vakansiyalara uyğun qeydiyyatı aparılacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki