image-n1karobka_ads
image-123
image-66817c63ae5ac92e0a570f16backend

Xarici İşlər Nazirliyi: Lavrov və Rıjenkov sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Belarus Xarici İşlər Nazirliyinin yeni rəhbəri Maksim Rıjenkov sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin nazirlər arasında telefon danışığından sonra dərc olunan məlumatda deyilir.

“Tərəflər aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi apararaq, çoxtərəfli platformalarda sıx qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər”, – nəşrdə deyilir.

Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyinin yeni rəhbərinin Lavrovla telefon danışığı barədə məlumat verilmişdi . Digər məsələlərlə yanaşı, tərəflər Moskva və Minskin müxtəlif beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki