image-n1karobka_ads
image-123
image-e2c4a40d172416205966826450210384644backend

Xətaidə avtomobil işıqfora çırpıldı

image-ad_qayo_720x110px

Dekabrın 15-də səhər saatlarında Bakının Xətai rayonunda, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin AZƏRTAC-a verdiyi məlumata əsasən, ilkin ehtimala görə səkidə park edilən və içərisində sərnişin olan avtomobil qəfil hərəkətə başlayaraq yolun kənarındakı işıqfora çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, işıqfor yararsız vəziyyətə düşüb. Hazırda sıradan çıxan işıqforun yenisi ilə əvəzlənməsi istiqamətində tədbirlər görülür.

Məlumatda sürücülərə “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin tələbləri xatırladılaraq bildirilib ki, nəqliyyat vasitəsi park edilərkən mühərrik söndürülməli, duracaq əyləc sistemi qoşulmalı, təkərlər səkiyə və ya yol kənarındakı maneəyə tərəf çevrilməli və qapılar kilidlənməlidir. Sürücülərə park zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki