image-ads_n1karobka_mobile
image-img-20260321-wa0035backend

Xəzər bayrama büründü: Bulvarda su üzərində möhtəşəm şou

image-add-a-heading

Paytaxtda Novruz bayramı münasibətilə Xəzər dənizi üzərində rəngarəng və yaddaqalan tədbir təşkil olunub.

Doğru.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən şənlik Bakı bulvarında baş tutub.

Əvvəlcə Azərbaycan bayraqları ilə bəzədilmiş skuterlər dənizdə dövrə vuraraq bayram əhvalını yüksəldib. Daha sonra yelkənli qayıqlar, kayak, kanoe, akademik avarçəkmə və draqon qayıqları sıra ilə keçid edərək izləyicilərə vizual zövq yaşadıb.

Bulvar ərazisində qurulan xüsusi trenajor zonalarında sakinlər avarçəkmə və yelkənli qayıq idmanını yerindəcə sınaqdan keçiriblər.

Tədbir çərçivəsində uşaqlar üçün viktorinalar, master-klasslar təşkil olunub, onlar Novruzun ənənəvi əyləncələrində iştirak edərək yumurta döyüşdürüb, şəkərbura bəzəyiblər. Musiqi proqramı isə bayram ab-havasını daha da gücləndirib, sakinlər rəqslərlə coşqunu bölüşüblər.

Qeyd edək ki, tədbirin əsas məqsədi su idman növlərinin təbliği, gənclərin bu sahəyə marağının artırılması və sağlam həyat tərzinin təşviqidir.

DOĞRU.AZ

image-img-20260321-wa0071 image-img-20260321-wa0072 image-img-20260321-wa0073 image-img-20260321-wa0074 image-img-20260321-wa0075 image-img-20260321-wa0078 image-img-20260321-wa0076 image-img-20260321-wa0077 image-img-20260321-wa0080 image-img-20260321-wa0079 image-img-20260321-wa0081 image-img-20260321-wa0082 image-img-20260321-wa0083 image-img-20260321-wa0084 image-img-20260321-wa0085 image-img-20260321-wa0086 image-img-20260321-wa0087 image-img-20260321-wa0088 image-img-20260321-wa0089 image-img-20260321-wa0091 image-img-20260321-wa0092 image-img-20260321-wa0093 image-img-20260321-wa0094 image-img-20260321-wa0096 image-img-20260321-wa0095


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki