image-ads_n1karobka_mobile
image-1724356593_fwt2tulrlkeo3o5gj85rksjwmubyw2fp9cwjxakv_1200backend

Xəzər rayonunun bir hissəsində elektrik enerjisi olmayacaq

image-add-a-heading

Xəzər RETSİ-nə (rayon enerji təchizatı və satışı idarəsi) daxil olan Şüvəlan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 9-da elektrik xətləri sifarişə əsasən açılacaq.

“Azərişıq” ASC-dən bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Şüvəlan-Qala yolunun sol kənarında, Çöl Şüvəlan ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki