image-n1karobka_ads
image-123
image-687cb0d702e8bd1b224a63d7backend

Xəzərdə Rusiya və İranın birgə hərbi təlimləri başlayır

image-ad_qayo_720x110px

İyulun 21-də Xəzər dənizində Rusiya və İran arasında birgə hərbi manevrlər başlayacaq. Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Doğru.az xəbər verir ki, üç gün davam edəcək təlimlərdə hər iki ölkənin hərbi dəniz qüvvələri, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri iştirak edəcək.

Təlimlərin əsas məqsədi Xəzər sularında təhlükəsizliyi artırmaq və Rusiya ilə İran donanmaları arasında qarşılıqlı əməkdaşlığı gücləndirməkdir.

Xatırladaq ki, bundan əvvəl İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinin qüvvəyə mindiyi açıqlanmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki