image-n1karobka_ads
image-123
image-6877a89dae5ac923b15b5118backend

XİN: Macarıstan Aİ-ni bəzi ukraynalı hərbçilərə qarşı sanksiyalara çağırır

image-ad_qayo_720x110px

Macarıstan Avropa İttifaqını məcburi səfərbərlik zamanı Zakarpatyadan olan macar əsilli şəxsin ölümündə iştirak edən üç ukraynalı hərbçiyə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Doğru.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Szijjarto videomüraciətində açıqlama verib. O bildirib ki, Aİ sanksiyalar siyahısına Ukraynada məcburi hərbi çağırışa görə məsul olan bütün şəxsləri daxil etməlidir.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban da daha əvvəl insan haqlarının pozulmasına görə Ukrayna rəhbərliyinə qarşı sanksiyaların tətbiqini təklif etmişdi.

Hadisə ilə bağlı Macarıstan Xarici İşlər Nazirliyi Ukraynanın Budapeştdəki səfirini də izahat üçün çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki