image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-09t154246-945backend

Xırdalanda YPX avtomobili qəzaya düşüb

image-728x90px

Abşeronda Yol Patrul Xidmətinin (YPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.                                                                                                                                    Qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.

Hadisə Xırdalan şəhərində baş verib. YPX avtomobili, “Ford Fusion” və daha bir nəqliyyat vasitəsinin toqquşması ilə zəncirvari qəza baş verib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Qəza ilə bağlı  açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, hadisə ötən gün Abşeron rayonu Mühəndislik Universitetinin qarşısında baş verib.

O bildirib ki, 77-LC-691 dövlət nömrə nişanlı BMW Markalı avtomobil ilə 99-PY-575 dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobil toqquşub.

BMW toqquşmanın təsirində əks istiqamətli hərəkət zolağına çıxaraq həmin zolaqda hərəkətdə olan “Hyundai” markalı YPX avtomobilinə çırpılıb. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır”.

 

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki