image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-34backend

Xocəsən-Sədərək yolunda avtobusun yanma səbəbi məlum oldu – YENİLƏNİB  

image-728x90px

“Bakıda yanan sərnişin avtobusunda ölüm və xəsarət qeydə alınmayıb”.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, bu gün saat 07:45-də 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən “Meyvəli” bazarı istiqamətinə hərəkətdə olan IVECO OTOYOL markalı 90-LR-327 nömrə nişanlı avtobus, ilkin məlumata görə, mühərrikində baş vermiş qısaqapanma səbəbindən alovlanaraq yanıb.

“Yanğın qısa müddət ərzində söndürülüb. Qeyd olunan yolda hərəkət tam bərpa edilib. Hazırda idarə əməkdaşları ərazidədirlər və araşdırma aparılır”, – deyə R.Tağıyev bildirib.

09:12

Bakıda sərnişin avtobuslarından biri alışaraq yanıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə Xocəsən-Sədərək yolunda qeydə alınıb.

Yanğın hadisəsi zamanı xəsarət alanlar barədə məlumat yoxdur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki