image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220104_105023_392backend

“Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı”

image-728x90px

“Koronavirusa yoluxmaq mənim üçün ağır idi”.

Doğru.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Vikonos Radio/Tv”yə açıqlamasında deyib. 66 yaşlı italiyalı mütəxəssis peyvəndlərin ona çox köməklik etdiyini bildirib:

“Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız.

İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm”. Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki