image-2000x150px
image-123
image-ads_atlas
image-ictimai_85b6f89b41cae26786ac72365fff771b_u32vckljz65xabm1y07r-620x460backend

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında keçirilən turnirə yekun vurulub

image-728x90px

AFFA-nın maliyyə dəstəyi, “Sirius” Futbol Akademiyasının təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin ev sahibliyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” layihəsinə yekun vurulub.

3-cü yer uğrunda keçirilən görüşdə “Yasamal” və “Binəqədi” komandaları qarşılaşıb. “Yasamal” komandası rəqibinə 8:2 hesabı ilə qalib gələrək 3-cü yerə layiq görülüb. Final görüşündə isə “Azadlıq və “Gənclik” komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 7:7 hesabı ilə başa çatıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən “Gənclik” komandası yekunda 6:5 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub. Mükafatlandırma mərasimində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, “Sirius” FK-nın rəhbəri Bilal Abbaszadə və digər qonaqlar iştirak edib.
Qeyd edək ki, turnirdə 8 komanda iştirak edib. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan autizmli və daun sindromlu uşaqların asudə vaxlarının səmərəli təşkili, onların futbola təşviqi, sosial həyatlarında üzləşdiyi çətinliklərin qaldırılmasına yardımçı olmaq, cəmiyyətə inteqrasiyaların sürətləndirilməsinə nail olmaqdır.
DOGRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki