image-n1karobka_ads
image-123
image-693f91b1ae5ac96bca5e898bbackend

Yakutskda avtomobildə qaz balonu partladı: iki nəfər xəsarət aldı

image-ad_qayo_720x110px

Yakutsk şəhərində avtomobilin içərisində qaz balonunun partlaması nəticəsində iki nəfər xəsarət alıb.

Doğru.az xəbər verir ki, regional prokurorluğun məlumatına görə, hadisə Toyota Hiace markalı avtomobildə baş verib. Qaz balonunun partlamasından sonra avtomobildə yanğın yaranıb. Nəticədə hər ikisi 2000-ci il təvəllüdlü olan iki sərnişin termik yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, hadisə Çexov küçəsində yerləşən yaşayış binasının həyətində qeydə alınıb.

Bundan başqa, Volqoqrad vilayətində də qaz avadanlıqları ilə bağlı baş verən fövqəladə hadisə nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilir. Hadisələrlə bağlı araşdırmalar aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki