image-ads_n1karobka_mobile
image-0ee97b98d5b8de34570fb6d41a2b35d9backend

Yanvar pensiyaları üçün ödəniş tarixi açıqlanıb

image-add-a-heading

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyalar 13 yanvar 2026-cı il tarixində ödəniləcək.

Doğru.az xəbər verir ki, daha sonra qrafikə uyğun olaraq digər bölgələrdə də bu ayın pensiyaları və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri həyata keçiriləcək.

Qeyd edək ki, 2026-cı ilin yanvarından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır. Pensiya artımı ortaaylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda ortaaylıq əməkhaqqı 9,7% artaraq 1 093 manata çatıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki