image-n1karobka_ads
image-123
image-7-pic_32ratio_900x600-900x600-27793backend

Yaponiya Filippində qoşun yerləşdirmək istəyir

Filippinin ABŞ-dakı səfiri Xose Manuel Romualdez bildirib ki, Manila və Tokio Yaponiya hərbi qüvvələrinin Filippində yerləşdirilməsi məsələsini müzakirə edir.

“Financial Times” qəzetinə müsahibəsində diplomat aydınlaşdırıb ki, tərəflər birgə hərbi təlimlərdə iştirak etməyə imkan verəcək saziş imzalamaq üçün finiş xəttinə yaxınlaşıblar.

Romualdez qeyd edib ki, ölkələr ABŞ-ın Filippində öz hərbi qüvvələrini saxladığı müqaviləyə bənzər olaraq rotasiya əsasında qoşun yerləşdirmək imkanını nəzərdən keçiriblər. Səfir vurğulayıb ki, Manila və Tokio hökumətləri bir-birinin ərazisində birgə təlimlər keçirməyə və hərbi personalın təliminə imkan verəcək “qarşılıqlı çıxış sazişi”nin bağlanmasına yaxınlaşır.

Səfir nəşrlə söhbətində qeyd edib: “Bu, artıq əvvəllər müzakirə etdiyimiz bir şeydir və biz bu məsələyə qarşılıqlı fəaliyyətimizin bir hissəsi kimi baxmağa davam edəcəyik”.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki