Yaponiyanın Müdafiə Nazirliyi Yerin orbitində KXDR-in peyki ola biləcək obyektin aşkar edildiyini açıqlayıb, müdafiə naziri Minoru Kihara bildirib.
O qeyd edib ki, Yerin orbitində obyektin hərəkəti təsdiqlənib. Bununla belə, Kihara Şimali Koreyanın peyk buraxılışının uğurunu qiymətləndirməkdən yayınıb.
Bundan əvvəl Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi bildirmişdi ki, Pxenyan yəqin ki, ilk kəşfiyyat peykini orbitə çıxara bilib. Lakin Cənubi Koreya bu cihazın normal işləməsini müəyyən etmək üçün əlavə vaxt tələb edir.
Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) daha əvvəl KXDR-in “Mulligyong-1” adlı kəşfiyyat peykinin orbitə buraxılması barədə məlumat vermişdi. Şimali Koreya lideri Kim Çen In bu layihədə iştirak edən alimləri, mühəndisləri və fəhlələri təbrik edib.
Mənbə: A Haber