image-ads_n1karobka_mobile
image-20221115_gaf_u39_769-pic_32ratio_900x600-900x600-99561backend

Yaponiya noyabrda Rusiyadan LNG idxalını artırıb

Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumatlara əsasən, noyabrda ölkə Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalının həcmini ötən ilin eyni dövrü ilə müqayisədə 46,9% artırıb.

Eyni zamanda, oktyabrda ölkə Rusiya kömürünün alışını 67,1% azaldıb. Bundan başqa, qeyd edilir ki, noyabrda Yaponiyanın Rusiyadan idxal etdiyi ümumi idxalın 67%-dən çoxu enerji resurslarının payına düşüb.

Noyabrın 17-də baş nazir Fumio Kişida Yaponiya-Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Tokioda açılmış xüsusi sammitində Yaponiyanın ASEAN ilə əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Mənbə: Bloomberg


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki