image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_184656922_xl-2015-pic905-895x505-80589backend

Yaponiya sahillərində zəlzələ baş verib

image-728x90px

Seysmoloqlar Yaponiyanın Honsyu adasının şimal sahillərində zəlzələ qeydə alıblar. 

Agentliyin məlumatına görə, təbii fəlakətin episentri Aomori prefekturasının şərqində Sakit okeanda yerləşib. Yeraltı təkanların gücü 5,5 bal olub. Eyni zamanda zəlzələnin mənbəyi cəmi 10 km dərinlikdə olub.

Fəlakət zonasındakı vəziyyətlə bağlı digər təfərrüatlar hələlik dəqiqləşdirilməyib. Xüsusilə dağıntılar və tələfatlar barədə məlumat verilməyib. Üstəlik, yerli hakimiyyət orqanları sunami təhlükəsi barədə vətəndaşlara xəbərdarlıq etməyib.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki