image-n1karobka_ads
image-123
image-rian_2570404-hr-pic905-895x505-28165backend

Yaponiya və Rusiya 2024-cü ildə balıq ovu kvotaları haqqında razılığa gəliblər

Rusiya və Yaponiya 2024-cü ildə hər bir ölkədə 200 millik zonada balıq ovu kvotaları haqqında razılığa gəliblər.

Bu barədə RİA Novosti Yaponiya Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyinin Balıqçılıq Departamentinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, 2024-cü ildə balıq ovu kvotaları 6 min ton azaldılacaq, gələcəkdə 50 min tondan 44 min tona endiriləcək.

Belə ki, 2024-cü ildə rusiyalı balıqçılar Yaponiyanın 200 mil zonasında 32 min ton skumbriya, 10 min ton Uzaq Şərq sardina və 2 min ton treska tuta biləcəklər. Treska ovu həcmi əvvəlki səviyyədə qalacaq, skumbriya ovu 8 min ton azalacaq, sardina isə 2 min ton artacaq. Bundan əlavə, balıqçı gəmilərinin sayı 89-dan 79-a endiriləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki