image-ads_n1karobka_mobile
image-63d372b4c520abackend

Yaponiyanın baş nazir namizədi: Fələstinin müstəqilliyi tanınmalıdır

Yaponiya Fələstinin müstəqilliyini tanımalıdır, Yaponiyanın baş naziri postuna namizəd, rəqəmsallaşma naziri Taro Kono bildirib.

O qeyd edib ki, Yaponiya Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” formulundan istifadə etməklə həllinin tərəfdarıdır.

“Və bu öhdəliyini nümayiş etdirmək üçün Yaponiya Fələstinin müstəqilliyini tanımalıdır”.

Mayın 10-da BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasında Fələstinin təşkilata üzv olmaq hüququnu tanıyan və hüquqlarını genişləndirən qətnamə qəbul edib.

Yaponiya, Rusiya və Çin lehinə idi.

Mənbə TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki