image-n1karobka_ads
image-123
image-68808ee4ae5ac91b1a2f0d1cbackend

Yaponiyanın baş naziri istefa iddialarını təkzib etdi

image-ad_qayo_720x110px

Yaponiya baş naziri Şiqeru İşiba, ölkə mediasında yayılan istefa xəbərlərini rədd edib.

Doğru.az xəbər verir ki, NHK telekanalının yaydığı məlumata görə, İşiba rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) yuxarı palata seçkilərində uğursuzluğundan sonra istefa verməyi planlaşdırdığı barədə yayılan iddiaları təkzib edib.

“Görüşdə mənim gələcəyimlə bağlı heç bir müzakirə aparılmayıb. Mən heç vaxt belə açıqlamalar verməmişəm. Bu xəbərlər tamamilə doğru deyil”, – deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl mediada İşibanın avqustun sonuna qədər istefasını elan edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki