Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi rusiyalı həmkarı Sergey Lavrov ilə münasibətlərin etibar üzərində qurulduğunu bildirib.
Doğru.az xəbər verir ki, nazir bu barədə Yaponiya parlamentinin yuxarı palatasının müvafiq komitəsinin iclasında danışıb. Motegi dekabr ayında Moskvaya səfər etdiyini və Lavrovla uzun danışıqlar apardığını xatırladıb.
RIA Novosti yapon nazirin sözlərini sitat gətirərək yazır: “Əlbəttə ki, araq içdik, amma eyni zamanda yapon viskisi də içdik və müxtəlif məsələləri müzakirə etdik. İnanıram ki, aramızda etimad münasibətləri yaranıb”.
Qeyd edək ki, Sergey Lavrov daha əvvəl MGIMO haqqında danışaraq bu ali məktəbi Rusiya diplomatik xidməti üçün əsas kadr mənbələrindən biri adlandırmışdı.
DOĞRU.AZ

























