image-n1karobka_ads
image-123
image-66a8fa7302e8bd029266e527backend

Yaxın Şərq eksperti: İsrail-Hizbullah münaqişəsi xaosa çevriləcək

image-ad_qayo_720x110px

RIAC eksperti və Yaxın Şərq üzrə mütəxəssisi Anton Mardasov hesab edir ki, İsrail və Hizbullah arasında münaqişənin gərginləşməsi hər iki tərəf üçün xaosla nəticələnəcək.

“Görünür, tərəflər ən pis ssenaridən qaçmaq istəyirlər. Lakin İsrailin bir günlük cavabından və ya bir həftə davam edən qısa əməliyyatdan sonra səhv etmədən münaqişəni müəyyən intensivlikdə saxlamaq çətindir”, – RİA Novosti ekspertdən sitat gətirir.

İsrailin baş naziri Benyamin Netanyahu daha əvvəl ölkənin Məcdəl Şəmsə raket hücumunu cavabsız qoymayacağı barədə xəbərdarlıq etmişdi.

İyulun 27-də Colan təpələrindəki Druzların Məcdəl Şəms kəndində futbol meydançasına raket düşüb. Əksəriyyəti yeniyetmələrdən ibarət ən azı 12 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb.

İsrail ordusu Qolan təpələrinə hücumda şiə Hizbullah hərəkatının iştirakında israrlıdır . Hizbullah isə öz növbəsində hücumda iştirakını inkar edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki