image-n1karobka_ads
image-123
image-686a8e35ae5ac977eb54ea43backend

Yəmən sahillərində ticarət gəmisinə hücum edilib

Doğru.az xəbər verir ki, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Yəmən sahillərində ticarət gəmisinə hücum edildiyini açıqlayıb.

Verilən məlumata görə, gəmi çoxlu kiçik qayıqlar tərəfindən atəşə tutulub. Hücum zamanı kiçik silahlardan və reaktiv qumbaraatanlardan istifadə olunub. Gəmi heyəti cavab atəşi açıb və qarşıdurma davam edir.

Britaniya tərəfi yaxınlıqda olan gəmilərin ekipajlarına ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bir qədər əvvəl Yəmənin husilər hərəkatı İsrailin Ben Qurion hava limanına hipersəs ballistik raketlə hücum etdiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki