image-2000x150px
image-123
image-ads_atlas
image-171963745875062122_1200x630backend

Yevlax rayon sakinindən silah-sursat götürülüb

image-728x90px

Yevlaxda qanunsuz olaraq silah-sursat əldə edən şəxslərin saxlanılması istiqamətində növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Doğru.az-a verilən məlumata görə, Yevlax rayon sakini Məlik Abdullayev rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı saxlanılıb. Ondan “AKM” modelli avtomat, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı tapdığını və polisə təhvil verməyərək gizlətmək məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki