image-n1karobka_ads
image-123
image-aoou32gsryxgjyju8ybmczldyvu6a75qxaw7bse2_640backend

Yevlaxda bank kartından pul oğurlayan saxlandı

Yevlaxda bank kartından pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə vətəndaşa məxsus kart hesabından 905 manat pulun oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şahmar Nərimanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki