image-n1karobka_ads
image-123
image-image_750x_65ae206f537e1backend

Yol polisi sürücülərə müraciət edib

image-ad_qayo_720x110px

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Zəfər Günü tədbiri ilə əlaqədar sürücülərə müraciət edib.

Doğru.az“-ın xəbərinə görə, müraciətdə bildirilib ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki