Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək sürət həddinin aşılmasının təhlükəli nəticələrə səbəb olduğunu xatırladıb.
İdarənin mətbuat xidmətindən Doğru.az-a verilən məlumatda bildirilib ki, ölkəmizdə baş verən ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri məhz sürət həddinin aşılmasıdır. Bu cür məsuliyyətsiz davranışlar insan tələfatına və ailələrin faciələr yaşamasına gətirib çıxarır.
“Bir saniyəlik ehtiyatsızlıq bir ömrün sonu ola bilər. Sürəti artırmaq nəqliyyat vasitəsinə nəzarəti itirmək, həmçinin digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq deməkdir. Yol nişanlarında göstərilən sürət həddi sadəcə rəqəm deyil – bu, insan həyatının sərhədidir”, – deyə müraciətdə qeyd olunub.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha qanunla müəyyən olunmuş sürət həddinə riayət etməyə, yol və hava şəraitinə uyğun hərəkət etməyə çağırır.
DOĞRU.AZ