image-n1karobka_ads
image-123
image-17472113312146362431_1200x630backend

Yol polisi: Traktorlar və digər kənd təsərrüfatı texnikaları magistrallara çıxa bilməz

Son zamanlar aqrar təyinatlı nəqliyyat vasitələrinin avtomagistrallarda və 5.3 “Avtomobil üçün yol” nişanı ilə işarələnmiş yollarda hərəkət etməsi halları artmaqdadır. Lakin bu, mövcud yol hərəkəti qanunvericiliyinə ziddir.

Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, konstruktiv xüsusiyyətlərinə görə saatda 50 km-dən az sürət yığa bilən kənd təsərrüfatı texnikalarının avtomagistrallarda hərəkəti qadağandır. Bu cür nəqliyyat vasitələri həm öz sürücüləri, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaradır.

Qurumdan bildirilib ki, kənd təsərrüfatı texnikalarının yalnız icazə verilmiş yollarla hərəkəti və ya xüsusi texnika ilə daşınması tövsiyə olunur. Qaydaların pozulması inzibati məsuliyyət doğuracaq.

BDYPİ bütün sürücüləri diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyə çağırır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki