image-n1karobka_ads
image-123
image-saray-qesebesibackend

Yol tikintisi ilə əlaqədar avtomobillərin Saray qəsəbəsinə giriş-çıxışı məhdudlaşdırılacaq

image-ad_qayo_720x110px

İyulun 9-da saat 10:00-dan etibarən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq, yolun 19-cu kilometrindən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Bu barədə Doğru.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri yekunlaşanadək qüvvədə olacaq.

Sürücülər alternativ olaraq qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun 17-ci kilometrindən istifadə edə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki