image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210423_111127_977backend

Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

image-728x90px
Polşadan paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.  Doğru.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq. Təmsilçilərimizdən 3-ü döşək üzərinə çıxacaq.

Dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və son Avropa çempionu Sənan Süleymanov (77 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq. Əzizli və Məmmədov Bolqarıstan, Süleymanov isə Finlandiya təmsilçisi ilə görüşəcək. Azərbaycanın digər 5 yunan-Roma güləşçisi növbəti gün qüvvəsini sınayacaq.

Avropa çempionatı, yunan-Roma güləşi 23 aprel 55 kq 1/8 final: Eldəniz Əzizli – Nedyalko Petrov (Bolqarıstan) 63 kq 1/8 final: Taleh Məmmədov – Nikolay Viçev (Bolqarıstan) 77 kq 1/8 final: Sənan Süleymanov – Harri Latvala (Finlandiya)

Bu gün eyni zamanda qadın güləşində təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Tatyana Varansova (53 kq) bürünc medal uğrunda görüşdə Yuliya Leorda (Moldova) ilə, İrina Netreba (65 kq) Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya) cütünün qalibi ilə ilə güləşəcək.

Qadın güləşi 53 kq Bürünc medal görüşü: Tatyana Varansova – Yuliya Leorda (Moldova) 65 kq

Bürünc medal görüşü: İrina Netreba – Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya)

Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki