image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20211115-153121_gallerybackend

“Yurdda bayram” adlı festivala start verildi – FOTOLAR

image-728x90px

Bu gün Qobustan Milli Tarix Bədii qoruğunda Mədəniyyət Nazirliyinin və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə “Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib.

Doğru.az xəbər verir ki, festivalın keçirilməsinin əsas məqsədi zəngin elat mədəni irsini təbliğ etmək, iştirakçıları onların həyat tərzi ilə canlı şəkildə tanış etmək olub.

Festivalın proqramına “Yurd” musiqili kompazisiyanın nümayişi, xalçaçılıq və zərgərlik nümunələrindən, o cümlədən, tərəkəmələrin məişətini, yaşayış tərzini, təsərrüfatını əks etdirən nümunələrdən və milli geyimlərdən ibarət sərginin nümayişi baş tutub. Xeyriyyə məqsədi ilə daun sindromlu uşaqların əl işlərindən ibarət sərgi-satışı da keçirilib.

Festival çərçivəsində iştirakçılar festival meydanında qurulmuş Tərəkəmə obasındakı çadırlarda tərəkəmələrin yeyinti məhsulları və təsərrüfat həyatı, onların mətbəx mədəniyyəti ilə tanış olub, zəngin tərəkəmə süfrəsinin yeməklərindən dadmaq imkanı əldə edib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov iştirak edib. O, tədbirlər bağlı fikirlərini bölüşüb.

Bir çox sənət adamları da səhnəyə çıxaraq mahnılar səsləndiriblər.

DOĞRU.AZ

image-ilg_7961 image-ilg_7966 image-ilg_7806 image-ilg_7838 image-ilg_7855 image-ilg_7898 image-ilg_8055 image-ilg_8102 image-ilg_8123 image-ilg_8161 image-ilg_8172 image-ilg_8197 image-ilg_8228

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki