Zaqatalada iyulun 24-dən 27-dək keçiriləcək konsert proqramları böyük maraqla gözlənilir.
Doğru.az xəbər verir ki, Zaqatala qalasında baş tutacaq bu coşqulu musiqi axşamlarında tamaşaçıları unudulmaz anlar və sürprizlər gözləyir.
Təşkilatçılar bildirirlər ki, biletlərini itirməmək vacibdir. Xüsusilə də elektron qaydada bilet alanlardan xahiş olunur ki, biletin şəklini (screenshot) saxlasınlar. Çünki konsertlərdən sonra çox bahalı bir hədiyyə qaliblərə təqdim olunacaq.
Biletləri i-ticket.az saytından və ya birbaşa Zaqatala qalasından əldə etmək mümkündür. Qeyd edək ki, biletlərin sayı məhduddur – bu səbəbdən təşkilatçılar hər kəsi təlaşmadan əvvəl bilet almağa çağırır.
Əlaqə nömrəsi: 051 406 58 18
DOĞRU.AZ
DOĞRU.AZ