image-2000x150px
image-123
image-ads_atlas
image-339617557_153531654036251_975283382278054049_nbackend

Zaqatalada narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs tutulub – FOTO

image-728x90px

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə olunan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Cavanşir Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, C.Muradovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki