image-2000x150px
image-123
image-ads_atlas
image-8ad00208-dd05-4ce8-81c2-e85762af6824-1-2backend

Zaqatalada zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

image-728x90px

Zaqatalada 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yanvarın 22-dən 23-ə keçən gecə Zaqatala şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı VAZ-2121 (“Niva”) markalı 99-FF-701, “Hyundai” markalı 99-HU-939 və BMW markalı 99-LT-043 dövlət nömrə nişanlı minik avtomobilləri toqquşub. Qəzadan sonra “Niva” idarəetmədən çıxaraq aşıb. 1987-ci il təvəllüdlü sürücü Azad Azad oğlu Osmanov sükan arxasında sıxılmış vəziyyətdə qalıb. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə həkim briqadasına təhvil verilib. A.Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki