Xalq artisti Rasim Balayevin son mənzilə yola salınma mərasimində dövlət rəsmiləri, millət vəkili və mədəniyyət xadimləri bir araya gəlib.

Doğru.az xəbər verir ki, vida mərasimində iştirak edənlər arasında Milli Məclisin deputatı Fazil Mustafa da olub. Mərasim zamanı kədərini gizlətməyən millət vəkili mərhum sənətkarın ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, onun Azərbaycan mədəniyyəti üçün əvəzolunmaz xidmətlərindən söz açıb.

Deputat mərasim zalında digər iştirakçılarla həmsöhbət olarkən obyektivmizə tuş gəlib. O, sənətkarın vəfatının böyük bir itki olduğunu vurğulayaraq, Rasim Balayevin yaratdığı obrazların Azərbaycan kino tarixində əbədi yaşayacağını qeyd edib.

Qeyd edək ki, vida mərasimi böyük izdihamla müşayiət olunub. Paytaxt sakinləri və sənətsevərlər unudulmaz aktyorla vidalaşmaq üçün mərasimin keçirildiyi məkana axın ediblər.

Doğru.az həmin anlardan özəl fotonu təqdim edir:

image-5r4a1126