Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova SPİEF-in kənarında bəyan edib ki, Ermənistanın Aİ-yə potensial daxil olması onun Aİİ-də iştirakı ilə ziddiyyət təşkil edir.
Bu barədə RİA Novosti yazır.
“Ermənistanın Aİ-yə potensial daxil olması respublikanın Aİİ-yə üzvlüyü ilə həqiqətən də bir araya sığmır”, – Zaxarova SPİEF-də keçirdiyi brifinqdə deyib.
Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi bu ziddiyyəti əvvəllər də qeyd edib.
O, həmçinin bəyan edib ki, Avrasiya inteqrasiyasının İrəvan üçün faydaları “danılmaz və realdır” və “Brüsselin boş vədləri” ilə müqayisə oluna bilməz.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan etiraf edib ki, respublika eyni vaxtda Aİİ və Avropa İttifaqının üzvü ola bilməz.
DOĞRU.AZ