image-n1karobka_ads
image-123
image-6776511402e8bd6b19390f64backend

Zaxarova: Qərb və Kiyev Ukrayna üzərindən qaz nəqlinin dayandırılmasına görə məsuliyyət daşıyır

image-ad_qayo_720x110px

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ, Aİ və Kiyev rejimi Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasına görə məsuliyyət daşıyır.

Onun sözləri Rusiya departamentinin saytında yer alıb.

O qeyd edib ki, “Qazprom”un öz öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, Avropa ölkələrinə Rusiya qazının nəqlini dayandırmaq qərarına məhz Kiyev hakimiyyəti gəlib.

“Rusiya qazının tədarükünün dayandırılmasına görə məsuliyyət tamamilə ABŞ-ın, marionet Kiyev rejiminin, eləcə də Amerika iqtisadiyyatına maliyyə dəstəyi naminə öz vətəndaşlarının rifahını qurban verən Avropa dövlətlərinin hakimiyyətinin üzərinə düşür”. Zaxarova bildirib.

Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiko bildirmişdi ki, Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılması səbəbindən bütün Avropa İttifaqı ağır nəticələrlə üzləşəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki