Ukrayna Prezidenti Vladimir Zelenski Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrin baş komandanına ABŞ-la müdafiə sahəsində əlaqələri gücləndirməyi tapşırıb.
Doğru.az xəbər verir ki, o, bu barədə axşam müraciətində öz Telegram kanalında bildirib.
Zelenski qeyd edib ki, “hava hücumundan müdafiə sistemləri başda olmaqla, ABŞ-dan gələcək hərbi yardımın bütün elementləri üzrə siyasi qərarlar artıq mövcuddur və onların icrası təxirə salınmadan başlamalıdır”.
Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff kimyəvi silahdan istifadə ilə bağlı məlumatları Donald Trampa çatdırmağa hazır olduğunu açıqlamışdı. Bununla yanaşı, OPCW Rusiyanın Ukrayna tərəfindən Kimyəvi Silahlar Konvensiyasının pozulması ilə bağlı irəli sürdüyü iddialara münasibət bildirməyib.
DOĞRU.AZ