image-2000x150px
image-123
image-ads_atlas
image-news_20220401033734backend

Zelenski iki generalı rütbələrindən məhrum etdi

image-728x90px

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Daxili Təhlükəsizlik İdarəsinin keçmiş rəhbəri Andrey Naumov və Xerson vilayəti üzrə departamentinin keçmiş rəhbəri Sergey Krivoruçkonun general rütbələrini əlindən aldığını bildirib.

Dövlət başçısı bildirib ki, indi bütün satqınlarla məşğul olmağa vaxtı yoxdur, lakin tədricən onların hamısı cəzalandırılacaq.

“Ukrayna xalqına hərbi sədaqət andını pozan yüksək rütbəli hərbi zabitlər bütün rütbələrindən məhrum ediləcəklər. Təsadüfi generallar bizimlə yol yoldaşı deyillər, Silahlı Qüvvələrin əsl qəhrəmanlarına – Vətənimizi səmimiyyətlə müdafiə edən hər kəsə eyni dərəcədə minnətdarıq”, – deyə Zelenski xalqa növbəti müraciəti zamanı qeyd edib.

Martın 31-də Zelenski Ukrayna Silahlı Qüvvələri sıralarından 136 Ukrayna qəhrəmanının təltif edilməsi haqqında sərəncam imzalayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki