Ukrayna Qərb ölkələrindən F-16 qırıcılarının ilk partiyasını alıb.
Bu məlumatı öz Telegram kanalında Vladimir Zelenski təsdiqləyib.
“F-16-lar Ukraynadadır. (Pilotlar) artıq onlardan istifadə etməyə başlayıblar”, – Zelenski bildirib.
Nəşr alınan döyüş təyyarələrinin sayını qeyd etmir.
Daha əvvəl The Economist yazıb ki, Ukrayna iyulun sonunda 79 F-16 qırıcısının ilk onluğunu alıb.
Mənbə RİA Novosti