Almaniyanın “Der Spiegel” jurnalı yazır ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların üçüncü raundunu keçirmək üçün ABŞ-la sövdələşə bilər.
Doğru.az xəbər verir ki, nəşr bildirir: “Ukraynanın yeni addımı ABŞ-la sövdələşmənin nəticəsi ola bilər”.
“Der Spiegel” ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloqun Kiyevə son səfəri və Ağ Ev rəhbəri Donald Trampın Rusiyaya 50 günlük ultimatumunu bu ehtimalın əsasları kimi göstərir.
Bundan əvvəl Zelenski bildirib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov gələn həftə Rusiyaya danışıqların yeni mərhələsini təklif edib.
DOĞRU.AZ