Doğru.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sosial mediada Rusiya ərazisinə yeni zərbələrin endirildiyini açıqlayıb. O bildirib ki, bu addım Rusiyanın “iştahını azaltmaq” məqsədi daşıyır.
Zelenski qeyd edib ki, Ukrayna Qərb müttəfiqləri ilə birgə uzaqmənzilli silahların istehsalını genişləndirir. Həmçinin, Ukrayna ilə Danimarka uzun mənzilli silahların birgə istehsalına dair razılığa gəliblər.
DOĞRU.AZ