image-n1karobka_ads
image-123
image-686cfd25ae5ac9210d568f22backend

Zelenski Ukraynanın ABŞ-dakı səfirini vəzifədən azad etməyə hazırlaşır

Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ-dakı səfir Oksana Markarovanı tutduğu vəzifədən azad etmək niyyətində olduğunu açıqlayıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumat “Obşçestvennoye” nəşrinin Teleqram kanalında yayılıb. Bildirilir ki, Zelenski Markarovanın diplomatik vəzifəsini tərk edəcəyini bildirib. Bununla belə, o, Kiyevdə – prezident administrasiyası daxilində fəaliyyətini davam etdirəcək. Lakin Markarovanın hansı yeni vəzifəyə gətiriləcəyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl “Financial Times” qəzeti Zelenskinin ABŞ-ın sabiq prezidenti Donald Trampa Markarovanın yerinə yeni səfir tapacağına dair söz verdiyini yazmışdı. Bu iddia Ukrayna rəhbərliyinin ABŞ-dakı diplomatik siyasətində dəyişikliklərə hazırlaşdığını göstərir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki