image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210509_105331_074backend

Zöhrə Ağamirova özünün uğurlu yarışını açıqlayıb

image-728x90px

“Bu, mənim üçün cari mövsümün startıdır. Bakıdakı Dünya Kuboku son illərdə sevimli yarışıma çevrilib”.

“Doğru.az”-a məlumatına görə, bu fikirləri Azərbaycanın bədii gümnastı Zöhrə Ağamirova Bakıda təşkil olunan Dünya Kubokundakı çıxışı barədə danışarkən deyib.

20 yaşlı idmançı bildirib ki, ötən mövsümlə müqayisədə bu dəfəki proqram daha mürəkkəb alındı: “Olimpiadaya yaxşı hazırlaşmaq və orada uğurlu nəticə qazanmaq üçün gündə 7-8 saat məşq edirik”.

Qeyd edək ki, Zöhrə Ağamirova lentlə hərəkətlərdə təsnifat mərhələsini 21.275 xalla altıncı yerdə başa vuraraq, finala vəsiqə qazanıb.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki