Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə keçirilən etiraz aksiyasında çıxış edib.
Bu barədə RİA Novosti yazır.
“Birlik olan yerdə mən olacağam. Əgər məndən ambisiyalarım nədir deyə soruşsanız, mənim yalnız bir məqsədim var – ölkəni birlikdə xilas etmək”, – Zurabişvili deyib.
Bundan əvvəl Gürcüstanın müxalifət partiyası Droa-nın lideri Yelena Xoştariya və Axali partiyasının üzvü Gedevan Popxadze hazırkı hakimiyyətə etiraz olaraq aclıq aksiyasına başlayıblar.
DOĞRU.AZ